İqtisad Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında saziş bağlandı - Məqsəd

img

25-11-2016 [22:20]


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

UNEC-dən Mia.az-a verilən məlumata görə, rektor, professor Ədalət Muradov və LDU-nun rektoru vəzifələrini icra edən, professor Natiq İbrahimovun imzaladığı sənədə uyğun olaraq, LDU-da "İqtisadiyyat” və "Biznesin təşkili və idarə edilməsi” ixtisasları üzrə mütəxəssis hazırlığı birgə aparılacaq.

Əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsində tədrisin vahid proqram əsasında həyata keçirilməsi, universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, birgə ikili diplom proqramının reallaşdırılması nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA