Cəbhə xəttindəki kəndlərin bərpasına 1 milyon manat ayrılacaq

img

25-11-2016 [19:34]


Gələn il Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən kəndlərin bərpasına vəsait ayrılacaq.

Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatası "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2017-ci ildə Dövlət İnvestisiya Proqramının istiqamətlər üzrə bölgüsünə dair layihə sənədinə əsasən dövlət əsaslı vəsait qoyuluşu hesabına ərazilərin bərpası, yenidənqurulması və fövqəladə halların aradan qaldırılması yönümlü layihələr üzrə proqnozlaşdırılmış 1 mln. manat vəsaitin Ermənistan və Azərbaycan silahlı qüvvələrinin Təmas xəttindən 3 km-lik məsafədə yerləşən kəndlərin bərpası istiqamətində istifadə olunması nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA