Səfirlik və “Azərbaycan Dəmir Yolları“ QSC-də yoxlama - Kollegiyada müzakirə olundu

img

25-11-2016 [19:16]


Hesablama Palatası bu gün növbəti kollegiya iclası keçirib.

Mia.az Palataya istinadən xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının rəyləri müzakirə edilib.

Hər iki rəy mövcud qanunvericilik aktlarının tələblərinə uyğun olaraq Hesablama Palatasının rəsmi internet saytının "Ekspert-analitik fəaliyyət” bölməsinin "Rəylər” alt-bölməsində  yerləşdirilib.

Kollegiya iclasında, həmçinin həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub:

1. Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair;

2. Dövlət büdcəsindən "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada  Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar  təsdiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA