?Turizm haqqında? qanuna dəyizikliklər ediləcək

img

19-05-2010 [01:47]


Hazırda ?Turizm haqqında? qanuna əlavə və dəyişikliklər üzərində iş gedir. Məsələ ilə bağlı işçi qrup yaradılıb. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. M.Quliyevin sözlərinə görə, ötən dövr ərzində turizm sahəsinə aid qanunvericilik sənədlərinin də təkmilləşdirilməsi üçün lazımi işlər görülüb və görülməkdədir. Bunlar turizm sahəsində fəaliyyət göstərən şirkətlərin sertifikatlaşdırılması, qeydiyyatı və digər məsələləri əhatə edir. ?Bu qanunda müasir dövrün tələblərinə cavab verən məsələlər, dəyişikliklər öz əksini tapacaq. Hesab edirəm ki, bundan sonra yeni turizm obyektləri fəaliyyətə başlayacaq və onların daha yeni formada, müasir standartlara cavab verən iş üslubunda fəaliyyət göstərəcəyinin şahidi olacağıq? deyə komitə sədrinin müavini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA