Gələn il əmək haqqı 15 faiz qalxacaq - Büdcədə artım planlaşdırılır

img

25-11-2016 [15:30]


Azərbaycanın 2017-il dövlət büdcəsinin məxaricinin layihəsindəəməyin ödənişi xərcləri 4 077,0 mln. manat və ya ümumi xərclərin 24,6%-i həcmində nəzərdə tutulub.

Bu barədə 2017-ci il büdcə zərfində qeyd olunur. Əməyin ödənişi üzrə xərclər 2016-cı ilin analoji proqnozu ilə müqayisədə 6,37%, 2016-ci ilin gözlənilən icra proqnozu ilə müqayisədə isə 14,99% çoxdur.

Dövlət büdcəsi istehlakı 2017-ci ilə 7 200,4 mln. manat məbləğində olmaqla büdcə xərclərində 43,4% səviyyəsində proqnozlaşdırılır. Bu, 2016-cı ilin proqnozlaşdırılan göstəricisi ilə müqayisədə 2,7% çoxdur.

Qeyd edək ki, 2017-ci il üçünbüdcə xərcləri 16,6 mlrd. manat həcmində nəzərdə tutulub(Report).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA