25-11-2016 [14:07]
Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub.
Mia.az AzerTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı binadakı mənzillərdə yaradılan şəraitlə tanış olub.
Qeyd edilib ki, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi 23 ünvanında yerləşən yaşayış binası 1901-ci ildə neftçilər üçün inşa edilmiş və uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü.
Dövlət başçısı binadakı mənzillərdə yaradılmış şəraitlə tanış olub.
Yeni binanın sakinləri ilə görüşən Prezident İlham Əliyev:
-Bu gün Sabunçu rayonunda yeni yaşayış binasının açılışını qeyd edirik. Son illər ərzində Bakıda və Bakıətrafı qəsəbələrdə yüzlərlə, bəlkə də minlərlə yaşayış binası tikilib. Ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, 1901-ci ildə tikilmiş və çoxdan qəzalı vəziyyətdə olan binanın yerində inşa edilib. Bu, pilot layihədir. Şadam ki, artıq şəhərimizin müxtəlif yerlərində buna bənzər layihələr icra edilir.
Bu layihələrin icrası həm sosial məsələdir, eyni zamanda, şəhərimizi gözəlləşdirir. Bununla bərabər, bu binaları tikən insanlar, şirkətlər də xeyir götürürlər. Yəni, burada hər bir iştirakçı xeyir götürür və beləliklə, bütün qəzalı vəziyyətdə olan binaların yerində tədricən belə gözəl, yaraşıqlı binalar tikiləcək.
Mənə verilən məlumata görə, əvvəlki dövrdə bu binada 34 ailə yaşayıb. İndi binanın girişində əvvəlki binanın görüntüləri əks olunur. Siz, bu binada yaşayanlar bunu əlbəttə ki, yaxşı bilirsiniz. 34 ailəyə 34 mənzil verilib.
Üçotaqlı mənzil 105 kvadratmetrdir. Əvvəlki üçotaqlı mənzil 60 kvadratmetr idi. Yəni, iki dəfə çox sahəsi olan təmirli, yaraşıqlı, gözəl mənzillər verilib. Sakinlər bina tikilənə qədər kirayədə qalırdılar, onlara kirayə pulu da verilirdi. İndi isə siz gözəl mənzillərə köçürsünüz.
Bu, çox gözəl təşəbbüsdür, qeyd etdiyim kimi, pilot layihədir. Hazırda şəhərimizin müxtəlif yerlərində buna bənzər 49 layihə icra edilir. Bu binaların bir hissəsinin tikintisi artıq gedir. Bəzi binaların tikintisi ilə bağlı sakinlərlə danışıqlar aparılır. Ancaq ümid edirəm, sakinlər bu binanı görəndən sonra danışıqlarda daha da ürəklə iştirak edəcəklər, görəcəklər ki, onların maraqları tam təmin olunur.
Belə layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz. Bax, burada yaşayan insanlar bu gün bundan iki dəfə daha böyük mənzillərə sahib olurlar, köçəcəklər, yaxşı yaşayacaqlar. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Çünki bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərimizin müxtəlif yerlərində gözəl binalar tikilir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra edilir və bu layihə, eyni zamanda, memarlığa da verilən böyük töhfədir.
Əlbəttə ki, artıq 115 yaşı olan binada yaşamaq təhlükəli məsələdir. Hələ ki, Bakıda belə binalar kifayət qədər çoxdur. Onların yerində gözəl binalar tikilməlidir və tikilir. Belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat, tikinti materialları sektoruna da çox gözəl təsiri olacaq. Çünki bu il inşaat sektorunda tənəzzül yaşanır, inşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Belə layihələrin icrası inşaat sektoruna da canlanma gətirəcək.
Tikinti materialları ilə məşğul olan şirkətlər də xeyir götürəcək və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Hazırda 49 binanın tikintisində iştirak edən və iştirak edəcək işçilərin sayı 3-4 min nəfər olacaq. Bu da yeni iş yerlərinin yaradılması deməkdir.
Bu tipli layihələr ölkəmizdə geniş vüsət almalıdır. Həm Bakıda, həm bütün şəhər və rayonlarımızda, harada ki, qəzalı binalar var, biz bütün firmaları, iş adamlarını dəvət edirik. Yerli icra orqanları onlara bütün şərait yaratmalıdırlar ki, bu işə daha da həvəslə qoşulsunlar. Beləliklə, qısa müddətdə, bir neçə il ərzində ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır. Bu, həm insanlar üçün lazımdır, həm də ölkə iqtisadiyyatı, iş adamları xeyir götürəcək. Yəni, bu, bir ümumxalq hərəkatı olmalıdır. Bu binanın xüsusiyyəti məhz bundadır. Buna görə mən bu binanın açılışına gəlmişəm.
Qeyd etdiyim kimi, Bakıda son illər ərzində yüzlərlə, minlərlə bina tikilib, ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, pilot layihədir və bu layihənin çox gözəl gələcəyi olacaq.
Sizi, bu binada əvvəllər yaşayan və indi gözəl şəraitdə yaşayacaq insanları təbrik edirəm, sizə uğurlar arzulayıram. Burada rahat, xoşbəxt yaşayın".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi