Eldar Mahmudovun “çirkli pulları”nın yuyulmasında hansı bankın "əl"i varmış? - Sensasion iddia

img

25-11-2016 [13:38]


İki gün əvvəl MTN–in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Fizuli Əliyev barəsində maraqlı məlumatlar yazmışdıq. 

Belə ki, MTN-də "Kilkə Akif", cəmiyyətdə isə "Akula Akif” kimi tanınan Akif Mustafayevin Eldar Mahmudova təqdimatı ilə nazirlikdə yüksələn Füzuli Əliyevin qızıl-zinnət əşyalarının ölkəyə gətirilməsi,  pul köçürülmələri, MMC-lərin fəaliyyəti kimi sahələri kurasiya edib.

Bu şəxs MTN-də işlədiyi dönəm ərzində yüzlərlə iş adamına qarşı ağlasığmaz cinayətlər törədib və buna görə də hazırda həbsdədir.

 Bu vəzifədə  olduğu zaman Füzuli Əliyev yüzlərlə iş adamının müflis edilməsi ilə nəticələnən qurama əməliyyatlar təşkil edərək, vəzifə cinayətləri törədib. Bu qanunsuz əməlləri ilə Eldar Mahmudova milyonlar gətirən Füzuli Əliyevin general rütbəsi üçün artıq təqdimatı hazırlanıb. 

Ancaq Eldar Mahmudovun "vurulması” ilə MTN-nin dağılması onun general olmasının üstündən xətt çəkib.

Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ittiham olunan Füzuli Əliyevin əməllərindən onlarla zərərçəkən şəxs müəyyən olunub. İstintaqa ifadələrində və üzləşmə prosesində həmin şəxslər onu bir daha ifşa edərək, şikayətçi olduqlarını ifadə ediblər.

Saytımızın araşdırması zamanı Eldar Mahmudovun Füzuli Əliyevin vasitəsilə hazırda fəaliyyəti dayandırılan "Zaminbank”ın rəhbəri Nadir İsmayılovla işbirliyi ortaya çıxıb. Belə ki, sabiq nazir Azərbaycanda cinayət yolu ilə qazandığı yüz milyonlarla vəsaitin bir hissəsini Beynəlxalq Bankla yanaşı həm də  adıçəkilən bank vasitəsilə xaricə çıxarırmış. Məlumatlarda qeyd olunur ki, Eldar Mahmudovun ailə üzvlərinin adına Avropada alınan mülklərin pullarının ödənişi də bu bank vasitəsilə həyata keçirilib.

Bundan başqa "Zaminbank” rəhbərliyi iş adamlarının hesabları barəsində MTN-nə davamlı informasiyalar ötürməklə bank sirri prinsiplərinə xəyənt edib. 

Araşdırmamız zamanı Nadir İsmayılov MTN-nin tapşırığı ilə  Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Fizuli Əliyevin qardaşı Elşən Əliyevi məhz bu bankda yüksək vəzifəyə təyin edib.

Eldar Mahmudovun himayəsi altında çalışan Nadir İsmayılov da kifayyət qədər varlana bilib. Belə ki, "Zaminbank”ın hazırda bağlanmasına baxmayaraq, Nadir İsmayılovun Sankt-Peterburqda otel və restoranlara sahibdir.

Bu iddialarla bağlı Nadir İsmayılovla əlaqə saxlanılıb. Ancaq bank rəhbəri özü bizimlə əlaqə saxlayacağını və danışacağını deyib.

Bütün hallarda Nadir İsmayılovun cavab haqqını tanıdığımızı bildiririk.(Gununsesi.info)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA