“Bir qədər də irəli getsəniz,..." - Ərdoğan Avropanı sərt şəkildə hədələdi

img

25-11-2016 [13:21]


"Daha da irəli getsəniz, sərhəd qapılarını açacağıq, bunu bilin”.

Bu sözləri Avropa Parlamentinin Avropa İttifaqını Türkiyə ilə üzvlük müzakirələrini dayandırmağa səsləyən tövsiyə xarakterli qərarına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ankarada keçirilən Ədalət və Qadın Konqresində çıxın edən R. T. Ərdoğan Avropa Parlamentinin qərarını sərt tənqid edib:

"Siz insanlığa münasibətdə heç vaxt səmimi olmadınız. Toplanıb, gəliblər bir araya, 30-40 nəfər qərara yox deyir, 400 nəfər hə deyir. Lap cəminiz "hə" deyin, bizim üçün nə fərq edir ki?! Daha irəli getsəniz, sərhəd qapılarımızı açarıq, bunu bilin. 

53 ildir ki, Türkiyəyə Avropa İttifaqının qapısını açmayanlar bizi sanksiyalarla təhdid edir. 14 ildə batdıqmı, çökdükmü?

Ancaq inkişaf etdik. Unutmayın ki, Qərbin Türkiyəyə ehtiyacı var. Hazırda 3 milyon qaçqını yerləşdirən, bəsləyən Türkiyədir. Avropa indiyə qədər qaçqınlara yardımla bağlı bizə verdiyi vədləri yerinə yetirmədi.

Türkiyə qaçqınlara öz qapılarını Avropa İttifaqından yardım gələcəyini düşünərək açmayıb. Biz o insanları bombalardan xilas olmaları üçün qəbul etdik. İndiyə qədər BMT Türkiyədə qaçqınlar üçün 550 milyon dollar,  Avropa İttifaqı 700 milyon dollara qədər vəsait göndərib. Türkiyə dövləti isə 15 milyard dollar xərcləyib.  Qeyri-hökumət təşkilatlarının xərclədiyi vəsaitləri bura daxil etmirəm”(APA). 

Qeyd edək ki, Avropa Parlamenti noyabrın 24-də Avropa İttifaqını Türkiyənin quruma üzvlüyü barədə Ankara ilə aparılan müzakirə prosesini müvəqqəti dondurmağa çağıran qərar qəbul edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA