FHN dünən və bu gün Kür sahilində dağılan bəndlərlə bağlı rəsmi məlumat yayıb

img

19-05-2010 [01:30]


Fövqəladə Hallar Nazirliyi (FHN) dünən və bu gün Kür sahilində dağılan bəndlərlə bağlı rəsmi məlumat yayıb. FHN-nin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, 18 may 2010-cu il tarixində Sabirabad rayonunun Çığırğan kəndində ilkin sahil mühafizə bəndi dağılıb və əsas sahil mühafizə bəndinə qədər olan ərazi 50ha sahədə daşqın suları ilə dolub. 19 may 2010-cu il tarixində Sabirabad rayonunun Azadkənd kəndində əsas sahil mühafizə bəndi dağılıb. Bu kənddə bəzi ərazilər daşqın suları ilə dolub. Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür, o cümlədən sakinlərin təxliyəsi həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA