Səfər Əbiyev Yaponiyanın ölkəmizdəki səfirini qəbul edib

img

19-05-2010 [12:30]


Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən xəbərə görə, görüşdə Yaponiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparılıb. Səfir ölkəsinin Azərbaycana təyin olunan hərbi attaşesini müdafiə nazirinə təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA