Biləcəridə "Qadınların cəmiyyətdə rolu" adlı layihəsi

img

24-11-2016 [17:05]


Almaniya Beynelxalq Əməkdaşlıq cəmiyyətinin Yerli Özünüidarəetmə Proqramının, bələdiyyələrdə təmsil olunan qadınların rolunun yaxşılaşdırılması üçün nəzərdə tutulan DAYAQ Mentorluq layihəsinin iştirakçılar üçün verdiyi kiçik maliyyə vəsaiti ilə Biləcəri bələdiyyə üzvü Xanım Zeynalovanın "Qadınların cəmiyyətdə rolu” adlı dəyirmi masa həyata keçib.

Tədbir Biləcəri Bələdiyyəsinin inzibati binasında həyata keçdi. Tədbirdə biznes konsultant və təlimçi Ənvər Yavəroğlu və Binəqədi Rayonunun ictimai həyatının fəal xanımları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Xanım Zeynalova qonaqları salamlayaraq Respublikamızda həyata keçirilən uğurlu qadın siyasətindən və qadınların cəmiyyətdəki rolundan, məqsəd və vəzifələrindən bəhs etdi.Daha sonra söz Ənvər Yavəroğluna verildi. O xanımların cəmiyyətin sosial və siyasi həyatında aktiv iştirak etmələri üçün öz daxili potensiallarını kəşf etmeli olduğunu və bunu düzgün istiqamətləndirilməli olduqlarını vurğuladı,daha sonra liderlik etiketi və xarakter analizi haqqında 2 hisseden ibarət təlim keçdi.Tədbir diskussiya şəklində davam etdi. 

Sonda xatirə şəkli çəkildi və tədbir yekunlaşdı.

Bələdiyyədə "Qadınların cəmiyyətdə rolu" adlı tədbir keçirilib



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA