QHT Şurası Qarabağ münaqizəsilə bağlı təbliğat məsələlərini müzakirə etdi

img

18-05-2010 [07:17]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərinə həsr olunmuş dəyirmi masa keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Şura sədri Azay Quliyev dəyirmi masanı giriş sözü ilə açaraq, tədbirin məsləhətləşmə xarakteri daşıdığını qeyd edib və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rəhbərlik etdiyi qurumun və QHT-lərin həyata keçirdiyi tədbirlər haqqında danışıb. A.Quliyev bildirdi ki, Şuranın maliyyələşdirdiyi layihələrin 46-sı bilavasitə Dağlıq Qarabağ münaqişəsilə əlaqədardır və həmin layihələrə 400 000 manatdan artıq dövlət vəsaiti xərclənib. A.Quliyev müzakirə mövzusu ilə bağlı ekspertləri aşağıdakı məsələlər barədə fikir mübadiləsi aparmağa dəvət edib: a)Qarabağ mövzusu ilə əlaqədar həyata keçirilən layihələrin effektivliyi; b)Bu istiqamətdə işləyən QHT-lər və digər qurumlar arasında koordinasiyanın olmaması; c)Qarabağ müharibəsindən zərər çəkmiş insanların hüquqlarının beynəlxalq məhkəmələrdə qorunmasında QHT-lərin rolu; d)Bu il may ayının 23-də qondarma DQR-də keçiriləcək seçkilərə QHT-lərin etirazı; Dəyirmi masada mövzu üzrə ekspert qismində çıxış edən millət vəkili, ?Lider qadınlar? İctimai Birliyinin sədri Məlahət İbrahimqızı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azəri?Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov, millət vəkili Cəmil Həsənli, ?İnam? Plüralizm Mərkəzinin sədri Vahid Qazi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ?Vətəndaş cəmiyyəti uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov və başqaları Dağlıq Qarabağ münaqişəsilə bağlı peşəkar təbliğat sisteminin qurulması haqqında öz fikirlərini bildiriblər. Tədbirdə səslənən bütün təkliflərin ümumiləşdirilərək sonrakı fəaliyyət üçün paket halına salınması haqda razılıq əldə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA