24-11-2016 [10:35]
Milli.Az Ermənistan KİV-lərinə istinadən hüquq müdafiə təşkilatının hesabatında yer alan bəzi məqamları təqdim edir:
Hal 1: Hərbi qulluqçu 2016-cı il aprelin 2-də Mardakertdə (Ağdərə) ölüb. Qohumları onun ölümünü silah və sursatın sayının çatışmazlığı, eləcə də hərbi əməliyyatların başlanması ilə bağlı kəşfiyyat məlumatlarının olmaması ilə əlaqələndirirlər.

Hal 2: Hərbi qulluqçu 2016-cı il aprelin 2-də Cəbrayılda ölüb. Ölüm yerinə yollanan qohumların əldə etdiyi məlumata görə, həmin ərazidə qulluq edənlərdən heç kim sağ qalmayıb. Çünki hazır olmayıblar, lazımi qədər silahları olmayıb. Hərbçinin ailəsi hesab edir ki, mövqelərin möhkəmlənməsi və əsgərlərin sursatla təmin edilməsi üçün heç bir tədbir görülməyib.
Cəbrayıldakı vəziyyəti onlar başıpozuqluq adlandırıblar, tanklar xarab olubmuş: "Qubadlıdan Cəbrayıla doğru yolda çoxlu sayda xarab tanklar düzülmüşdü. Onların çoxunda yanacaq əvəzinə su vardı. Ön xəttə getmək üçün tankları işə salanda yararsız vəziyyətə düşürdülər".
Hərbçinin həmkarları onun qohumlarına bildiriblər ki, onlar gedib çox şeyləri danışmalıdırlar, çünki özlərinin xidmət vaxtı bu barədə danışmağa ixtiyarları yoxdur.

Hal 3: Cəbrayılda 2016-cı ilin aprelin 2-də ölüb. Valideynləri məlumat verib ki, hərbi əməliyyatlar zamanı oğlunun lazımi qədər hərbi sursatı olmayıb. Ona görə də ölənlərin sayı çox olub.
Hal 4: Cəbrayılda 2016-cı ilin aprelin2-də ölüb. Qohumları bildirib ki, qəfildən yaxalanan hərbçilər düşmənlə səhər saat 7:30-a kimi döyüşüblər. Sonra qərargahla əlaqə saxlayaraq kömək və daha sonrakı hərəkətlər barədə məlumat verilməsini istəyiblər. Amma onlar hər hansı cavab və əmr almayıblar.

Hal 5: Talışda 2016-cı ilin aprelin 2-də ölüb. Atasının sözlərinə görə, əsgərlərlə dərhal Talışdakı mövqeləri geri qaytarmaq istəyəndə oğlunun pulemyotu xarab olub. O, digər pulemyotçudan kiminsə silahını götürüb döyüşə çıxmağı xahiş edib, amma rədd cavabı alıb və gecə, lampa işığında silahı söküb təmir edib və yüksəklikdəki ən vacib mövqeni ələ keçirmək üçün çıxıb. Hərbçinin ölümündən sonra həmkarları mövqeni, demək olar ki, geri qaytarıbmışlar, amma əmr gəlib ki, geri çəkilsinlər. Atasının sözlərinə görə, həmin mövqe indiyədək düşmənin nəzarətindədir.
Hal 6: Cəbrayılda 2016-cı ilin aprelində 2-də ölüb. Atası silahların çatışmazlığı və hərbi texnikanın xarab olmasından narazılığını bildirib. Aprelin 2-dən 10-dək o, Atrsaxda (Qarabağ) olub və baş verənləri şəxsən görüb: "Niyə tanklar irəli getmədi? Çünki akkumulyatorları yox idi: Onlar bazarda satışa qoyulmuşdu. PDM-lər lazım olan yerə gedib çata bilmirdilər, çünki çəndə yanacaq yerinə su var idi. Könüllüləri lazımi qədər patronla təmin edə bilmirdilər. Hərəyə 60 patron verirdilər, hansı ki onlar da cəmi dəqiqə yarımdan sonra qurtara bilər".

Hal 7: Hərbi qulluqçu Cəbrayılda 2016-cı ilin aprelində 2-də ölüb. Həmkarları valideynlərinə deyib ki, onlar aprelin 2-də 19 nömrəli təpədə səhər saat 9-a kimi döyüşüblər. Atasının fikrincə, əgər hərbi texnika lazımi sayda və hazır olsaydı, ordunun vəsaitləri talanmasaydı, vəziyyət başqa cür ola bilərdi.
Hal 8: Hərbi qulluqçu Cəbrayılda 2016-cı ilin aprelin3-də ölüb. Düşmənin 5 tankına qarşı 70-ci illərdə istehsal olunmuş tankla çıxıb və qohumlarının sözlərinə görə, onları vurub (?). Qardaşının məlumatına görə, döyüş heyəti ilə 321 nömrəli tankda olub, çünki onun adına qeydiyyatda olub, amma qardaşı başqa tankda ölüb.

Hal 9: Hərbi qulluqçu 2016-cı il aprelin 2-də Mardakertdə (Ağdərə) ölüb. Valideynləri xəbər verir ki, oğlu və oun həmkarları düşmənin malik olduğu ilə müqayisəyə gəlməz dərəcədə sursatın çatışmazlığı nəticəsində ölüblər.
Hal 10: Talışda 2016-cı ilin aprelin 4-də ölüb. Qohumları ölümünün səbəbini əmrin düzgün verilməməsində görürlər. Onlar deyir: "Yuxarılarda bilirlər nə baş verir".
Hal 11: Talışda 2016-cı ilin aprelin 2-də ölüb. Oğlunun ölümü ilə bağlı valideynləri deyirlər ki, döyüş sursatı qurtarıb, yeniləri ilə isə təmin etməyiblər.

Hal 12: Hərbi qulluqçu 2016-cı il aprelin 2-də Mardakertdə (Ağdərə) ölüb. Hərbçinin valideynləri onun komandiri ilə görüşüb və döyüş mövqeyinin 3-cü xəttində olan oğlunun niyə zirehli gödəkçədə olmadığını soruşublar. Komandir deyib ki, zirehli gödəkçələr azdır, ona görə də, ilk növbədə, lap öndəki uşaqları təmin edirlər. Valideynləri əmindirlər ki, hətta bu hadisələrdən sonra da hərbçilər təhlükəsizlik vasitələri ilə təmin edilməyiblər.

Göründüyü kimi, aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş erməni hərbçilərinin qohumlarının da ifadələrindən məlum olur ki, Ermənistan ordusunda vəziyyət bərbaddır, lazımi qədər silah-sursat yoxdur, hərbi texnika nasaz vəziyyətdədir, orduda talançılıq və korrupsiya baş alıb gedir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi