Ekologiya Nazirliyindən xəbərdarlıq: "Kürdə suyun səviyyəsi kəskin artacaq"

img

18-05-2010 [05:06]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hazırda ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 120-344, Balakən-Şəki bölgəsi çaylarında 90-210, Kiçik Qafqaz çaylarında 132-203%-ni təşkil edir. Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq normadan aşağıdır (120-145%). [b]Tranzit çaylarda hazırki vəziyyət[/b] Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım ongünlük normanın 106 %-i olmaqla 760 m3/san, Qanıx çayından Mingəçevir su anbarına axım isə ongünlük normanın 113%-i olmaqla 230 m3/san təşkil edir. [b]Kür çayının aşağı axınında hazırki vəziyyət[/b] Son günlər Türkiyə ərazisində Araz çayının hövzəsinə yağan leysan yağışları nəticəsində Araz çayının Qıvraq məntəqəsində mayın 11-dən 17-dək suyun səviyyəsi 42 sm, su sərfi isə 549 m3/s-dən 777 m3/s-dək artmış, eyni zamanda Araza sağ və sol qollardan tökülən çaylarda sululuğun artması nəticəsində Araz çayının Qızılvəng məntəqəsində səviyyə 30, Novruzlu məntəqəsində isə 49 sm artmışdır. Bununla əlaqədar Kür çayının aşağı axınında səviyyələrdə artım qeydə alınmışdır. Belə ki, mayın 18-də Kür çayının Zərdab məntəqəsində səviyyə 6 sm azalmış, Surrada 4, Bankədə 7, Şirvanda 11, Salyanda 16, Araz çayının Novruzlu məntəqəsində isə 4 sm artıb. Hazırda Kür çayının Zərdab məntəqəsində səviyyə 766 sm, su sərfi 886 m3/s, Surrada səviyyə 930 sm, su sərfi 1830 m3/s, Salyanda 849 sm, su sərfi 1845 m3/s, Şirvanda səviyyə 848 sm, Bankədə 502 sm, Araz çayının Novruzlu məntəqəsində isə səviyyə 706 sm, su sərfi 724 m3/s təşkil edir. [b]Gözlənilən sululuq[/b] Mayın 24-dək ölkə ərazisində və qonşu ölkələrdə Kür, Araz və Qanıx çaylarının hövzələrində gözlənilən leysan xarakterli intensiv yağışlarla əlaqədar, eyni zamanda, qeyd olunan çaylara tökülən qollarda sululuğun kəskin artması nəticəsində, Kür çayının aşağı axınında səviyyənin daha da kəskin artacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA