"Facebook"da sürətlə yeni virus yayılır - Təhlükə

img

23-11-2016 [16:57]


"Facebook" sosial şəbəkəsində yeni virus yayılıb. Bu barədə məşhur İT mütəxəssis Bart Bleyz öz bloqunda yazıb.

Virus SVG formatında olan şəkil formasında yayılmaqdadır. Şəkilə klik edərkən başqa linklərə keçid baş verir. Keçid baş verdikdə, hakerlər "Ubo" və "One" tətbiqlərini yükləməyə vadar edir. Tətbiq vasitəsilə video izləmək mümkündür. Həmin videolar isə virusa yoluxub. Hakerlər istifadəçinin cihazına çıxış əldə etdikdən sonra virus onun dostlarına göndərilir.

Bununla yanaşı, virus hesabına istifadəçinin şəxsi məlumatları şifrələnərək ələ keçirilir. Nəticədə hakerlər itirilmiş məlumatların deşifrə olunması üçün ödəniş tələb edir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA