Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

23-11-2016 [13:31]


Sabah ölkə ərazisində şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 778 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 24-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA