İlham Əliyev Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisini ziyarət edib

img

23-11-2016 [10:48]


Prezident İlham Əliyev "Baku Expo Mərkəzi"ndə "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi"ni ziyarət edib. "Report"un müxbiri xəbər verir ki, dövlət başçısı yerli və xarici şirkətlərin sərgidə nümayiş etdirdiyi layihələrlə yaxından tanış olub. 

Qeyd edək ki, sərgidə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin Azərbaycandakı səfirləri, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edir. Sözügedən sərgi beynəlxalq inşaat, daşınmaz əmlak və invesitisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli platformadır. 

Sərgidə Azərbaycan, Tükiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Rusiya, Gürcüstan, Macarıstan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 11 müxtəlif ölkələrdən 100-ə yaxın brent əmlak, tikinti və inşaat şirkətləri sərgiyə qatılıb. Noyabrın 24-dək davam edəcək sərginin təşkilatçıları Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo” və "Atılım Fuarcılık” şirkətləridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA