Şaxtalı hava nə qədər davam edəcək?

img

23-11-2016 [10:04]


Bu gün günorta saatlarından etibarən yağıntı tədricən kəsiləcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Gülşad Məmmədova bəyan edib. Onun sözlərinə görə, bu gecə paytaxtda -2 dərəcə şaxta müşahidə edilib. Noyabr ayında bu cür hava şəraiti sonuncu dəfə 2011-ci ildə müşahidə edilib. Həmin ilin noyabr ayında paytaxtda -3 dərəcə şaxta müşahidə olunub.

Bu gün paytaxtda müşahidə olunan soyuq hava şəraitinə gəlincə isə, Gülşad Məmmədovanın sözlərinə görə, günorta saatlarından etibarən yağıntı tədricən kəsiləcək, tempratur ötən günlərə nisbətən tədricən yüksələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA