“AAAF Park"ın rəhbərinin ölkədən çıxmasına qadağa qoyuldu - Səbəb

img

22-11-2016 [19:45]


Vergilər Nazirliyi rəhbərlərinin ölkədən çıxmasına məhdudiyyət qoyulan şirkətlərin yeni siyahısını açıqlayıb.

 Son iki ayda onların sayı iki dəfə artaraq 998-ə çatıb.

Yeni siyahıda ölkə iqtisadiyyatı üçün mühüm olan şirkətlər də var.

 "Azeri Drillinq Kompani” MMC-nin dövlət büdcəsinə 886 min 416 manat borcu var. 

Bu şirkət 2006-cı ildə SOCAR-ın (35% və "Target Petroleum Azerbaycan Korporeysn” – 65%, Panama) iştirakı ilə yaradılıb. 

Bu səbəbdən Faiq Məmmədov borc ödənilənə qədər ölkədən çıxa bilməz.

11 min 99 manat borca görə eyni cəza "İSR Holding” qrupuna daxil Neftçala Yod-brom zavodu rəhbərinə də tətbiq edilib.

"AAAF Park Xirdalan” tikinti şirkəti ("AAAF Park” şirkətlər qrupu) dövlət büdcəsinə cəmi 1852 manat borcu ödəməyib. Amma onun rəhbəri də eyni cəzaya məruz qalıb.

"Yeddi Gözəl” MMC-nin ("Gilan Holding”in Qəbələdəki eyniadlı oteli) 68931 manat borcu var.

Qeyd edək ki, bu siyahıda çıxsaylı birgünlük şirkətlərə rəhbərlik edən 10-a yaxın şəxs var. Bir qayda olaraq, belə şirkətlər vergidən yayınmaq üçün yaradılır. Onların rəhbərləri isə müəyyən məbləğ müqabilində cinayət cəzası ilə razılaşır.

http://azpolitika.info/?p=271583

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA