Əhməd Əhmədzadə: "Sabirabadda vəziyyət hər an nəzarətdən çıxa bilər"

img

18-05-2010 [01:04]


Kür çayında suyun səviyyəsində artım və sel təhlükəsi davam edir. "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirib ki, təbii fəlakət bölgəsində vəziyyət təhlükəli olaraq qalır. Əhməd Əhmədzadənin sözlərinə görə, kifayət qədər texnika və canlı qüvvə olmasına baxmayaraq, vəziyyət hər an nəzarətdən çıxa bilər. Qeyd edək ki, bu gün Kürdə suyun səviyyəsi 2 santimetr qalxıb, ən əsas gərginlik isə ?Sarısu? gölü ətrafinda müşahidə olunur. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov Şirvanda məskunlaşan Sabirabad sakinlərinin öz kəndlərinə qaytarılmaları barədə yayılan məlumatları təkzib edib. O, bildirib ki, əhali heç yerə köçürülməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA