Kəmaləddin Heydərov: "Azərbaycan NATO-ya mülki fövqəladə planlazdırmada səylər göstərməyə hazırdır"

img

18-05-2010 [12:56]


?Təbii və texnogen xarakterli fəlakətlərlə bağlı daim riskləri nəzərə alaraq, NATO-nun üzv və tərəfdaş dövlətləri mülki fövqəladə planlaşdırma üzrə müavinətlərin və beynəlxalq yardım mexanizmlərinin daha da gücləndirilməsində birgə işləməlidirlər. Bu xüsusda Azərbaycan NATO-ya mülki fövqəladə planlaşdırmada əlavə dəyər verən töhfələr etmək üçün səylər göstərməyə hazırdır. NATO mülki fövqəladə planlaşdırma ilə dinamik əməkdaşlıq qarşılıqlı qüvvətləndirmə təsiri verir. Bu, Azərbaycanın milli müqavimətinin güclənməsinə, onun ehtiyac duyulan vaxt və məkanda beynəlxalq yardıma töhfə verməyə hazırlıqdır?. Bunu Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov NATO Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin Bakıda keçirilən plenar iclasında bildirib. Kəmaləddin Heydərov qeyd edib ki, ötən illər ərzində Azərbaycanın mülki fövqəladə sistemi yenidən təşkil edilib, vahid tənzimləyici siyasət çərçivəsi yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA