22-11-2016 [14:35]
"Rabitə işi”ndə təqsirləndirilən şəxslərin cinayət işinin ibtidai istintaqı dövründə şahid qismində dindirilən Mikayıl Babayevin ifadəsi məlum olub.
Mia.az xəbər verir ki, "report”un əldə etdiyi məlumata görə, o, 2007-ci ildən 2015-ci ilin aprel ayına kimi olan dövrdə Xəzər rayon, həmin ilin aprel ayından isə Sabunçu Telefon qovşağının baş mühəndisi vəzifəsində işlədiyini bildirib.
Şahidin sözlərinə görə, həmin qovşaqlar tərəfindən abunəçilərə telefon rabitəsi və internet xidmətləri göstərilir: "Bu məqsədlə həmin rayonların ərazisində yaşayan abonentlər üçün telefon və internet xətləri çəkilir və həmin xətlərin istismarı təmin edilir. Qovşaqların ərazisində qeyd edilən işlərin görülməsi üçün kotirovka sorğuları keçirilib. Lakin həmin sorğularda bir qayda olaraq "Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin baş direktoru Beytulla Hüseynovun özünə və onun yaxın tanışı Bayram Vəliyevə məxsus "Bakı Rabitə Tikinti Təmir” MMC, "Tikinti Təmir Təchizat Servis” MMC, "Rabitə Mülki Tikinti” MMC və "3 nömrəli Rabitə Təmir Tikinti” MMC-lər iştirak edib və kotirovka sorğularının qalibi olub”.
M.Babayev qeyd edib ki, qovşaqlar tərəfindən keçirilən bütün kotirovka sorğuları formal xarakter daşıyıb: "Kotirovka sorğularının qalibləri olan həmin müəssisələr Beytulla Hüseynov tərəfindən əvvəlcədən qalib kimi müəyyən olunub, bütün təmir-tikinti işlərini onun müəyyən etdiyi müəssisələr həyata keçirib, pul vəsaitləri tikinti təşkilatlarının hesablarına köçürülüb və sonradan şişirdilmiş qiymətlər tətbiq edilib, birliyin baş direktoru və onun yaxınları tərəfindən mənimsənilib.
O, "Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B.Vəliyevin B.Hüseynovla yaxın münasibətdə olduğunu və köçürülən pulların nağdlaşdırılıb mənimsənilməsində birbaşa iştirak etdiyini deyib: "Həmin görüləcək işlərin həcmini, istifadə olunacaq mal-materialların dəyərini və onların hansı təşkilatlardan alınmasını Beytulla Hüseynov özü müəyyən edib və bu barədə hazır sənədləri imzalamaları üçün onlara göndərib. Həmin MMC-lərin rəhbərləri başqa şəxslər göstərilsə də, faktiki olaraq müəssisələrin fəaliyyətinə Beytulla Hüseynov özü rəhbərlik edib, onun iradəsininin əksinə olan hər hansı bir müəssisə kotirovka sorğusunda iştirak etməyib”.
Qeyd edək ki, B.Hüseynov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, 10 milyon manat mənimsəməkdə təqsirli bilinir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi