29 nəfərin ölkədən çıxışına qadağa - Vergi borcuna görə

img

22-11-2016 [12:43]


Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış şəxslərin sayı artıb.

Mia.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslərin sayı 449-a yüksəlib.

Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.

Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 4 xarici vətəndaş da var.

Vergi ödəyicilərinin borcu açıqlamayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA