Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim edilib

img

22-11-2016 [11:36]


Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, professor Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim edilib.

Kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, diskə "Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasəti” (o cümlədən türk və rus dillərində), "Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti” (o cümlədən rus dilində), "Azərbaycanın geosiyasəti” və "Geosiyasət” (o cümlədən türk və rus dillərində) əsərləri daxil edilib.

Digər diskə "Güney Kafkasya, Hazar-Karadeniz Havzaları ve Azerbaycan’ın Jeopolitiği”, "Hazar-Karadeniz Havzalarıyla Güney Kafkasya’ın Jeoekonomik karakteristiğe ve Azerbaycan’ın yeni petrol politikası”, "Güney Kafkasya’ın Askeri-Jeostratejik durumu ve Azerbaycan’ın güvenlik politikası”, "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri”, "Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasətinin əsasları” və "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” əsərləri daxildir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA