22-11-2016 [09:54]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin ibtidai istintaqı dövründə şahid qismində dindirilən Mətanət Məmmədovanın ifadəsi məlum olub.
Mia.az Reporta istinadən xəbər verir ki, M.Məmmədova ifadəsində2011-ci ilin fevral ayından RYTN-də maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işlədiyini deyib.
Onun sözlərinə görə, işlədiyi həmin şöbə birbaşa nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova tabe olub: "Nazirliyin aparatının strukturuna həmin şöbədən əlavə digərləri, o cümlədən beynəlxalq əməkdaşlıq, informasiya cəmiyyəti, hüquq və insan resursları, eyni zamanda tənzimləmə və başqa şöbələr də daxildir”.
M.Məmmədova dindirilərkən 2009-2015-ci illərdə nazirliyin Aparat rəhbərinin RYTN-in struktur bölmələrinin rəhbərlərindən pul toplaması barədə məlumatının olmadığını bildirib: "Lakin həmin dövrdə o, mənə və şöbənin digər 10 əməkdaşına verilməsi üçün pulu bağlı zərfdə təqdim etdi. Şəxsən mənə 6 min manat pul verdi. Aparat rəhbəri, şöbənin işçilərinə tutduqları vəzifələrinə uyğun olaraq, 400 manatdan başlayaraq 2500 manata kimi hər ay pul verməyimi istədi. Həmin pul vəsaitini almağımızla bağlı hər hansı bir sənədə imza qol çəkməmişik. Aparat rəhbərinin qeyd olunan pul vəsaitini hansı mənbə hesabına toplayıb bizə verməsindən isə məlumatım olmayıb”.
RYTN-də məsul vəzifələrdə işləyən Rədifə Abbasova, Fuad Əhmədov və İlham Mərdanov da göstərilən faktlarla bağlı şahid qismində dindirilib. Həmin şəxslər də şahid M.Məmmədovanın ifadəsinə oxşar məzmunlu ifadə verib. Onlar nazirliyin keçmiş Aparat rəhbəri tərəfindən onlara hər ay bağlı zərfdə "paket” olaraq pul verilməsini, lakin həmin pul vəsaitlərinin hansı mənbələr hesabına daxil olmasından xəbərsiz olduqlarını söyləyiblər.
Qeyd edək ki, V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, 8 milyon manat mənimsəməkdə təqsirli bilinir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi