21-11-2016 [19:27]
Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Dövlət ittihamçısı sonuncu iclasda yarımçıq qalan ittiham aktını elan edib. Elan olunma başa çatdıqdan sonra təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək özlərini tam və ya qismən təqsirli bildiklərini, yaxud təqsirli bilmədiklərini deyəcəklər.
Bundan öncəki iclaslar kimi proses açıq keçirilsə də, hakim Həbib Həsənovun şifahi göstərişi ilə jurnalistlər zala buraxılmayıb.
Xatırladaq ki, ötən iclasda vaxt çatmadığı üçün dövlət ittihamçısı ittiham aktını elan etməyi tamamlamamışdı.
***
Dövlət ittihamçısı ittiham aktını elan etməyi tamamlayıb. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. Prosesdə fasilə elan olunub. Məhkəmənin növbəti gedişatı, yəni öncə zərərçəkənlərin yoxsa təqsirləndirilənlərin sərbəst ifadə verməsi müəyyənləşdirilir.
***
Fasilədən sonra məhkəmə prosesi davam etdirilib. Məhkəmə kollegiyası gedişatın necə aparılacağını açıqlayıb. Hakim bildirib ki, proses hər epizod üzrə ayrıca dindirilmələrlə davam etdiriləcək. Yəni, bir epizod üzrə öncə zərərçəkənlər, sonra şahidlər, ən sonda isə təqsirləndirilənlər ifadə verəcəklər.
Akif Çovdarov ittiham aktına münasibət bildirərkən "Bu, Məlikməmmədin nağılıdır” deyərək özünü təqsirli bilmədiyini qeyd edib.
Səlim Məmmədov və Akif Əliyev isə sadəcə əmr icra etdiklərini deyiblər: "Biz hərbçiyik, göstəriş nə olurdusa, onu da icra edirdik. Tapşırıqların qanunsuz olmasından xəbərimiz olmayıb. Biz cinayət törətməmişik”.
Orxan Osmanov da özünü təqsirli bilmədiyini deyib.
Bunun ardınca "Brilliant epizodu” üzrə ifadələr verilməyə başlanılıb.
Zərərçəkmiş Şahmar Qurbanov ibtidai istintaqa verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verib. O, A.Çovdarovun hədə-qorxu yolu ilə ondan nağd pullar və brillantları necə aldığı haqda danışıb.
A.Çovdarov geniş ifadə verməsə də, Ş.Qurbanovun yalan danışdığını deyib.
Sonra Ş.Qurbanov prokurorun, vəkillərin suallarını cavablandırıb. A.Çovdarovun vəkili Kamandar Nəsibov isə bu epizod üzrə sual verməyə hazır olmadıqlarını bildirərək vaxt istəyib.
Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək(qafqazinfo).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi