www.ameanb.nakhchivan.az yenilənəcək - AMEA Naxçıvan Bölməsindən açıqlama

img

21-11-2016 [17:33]


Naxçıvan Muxtar Respublikasının elm mərkəzi olan AMEA Naxçıvan Bölməsinin www.ameanb.nakhchivan.az internet saytının yenilənməsi üzərində işlər aparılır.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Mia.az-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin internet saytı 2010-cu ildən fəaliyyət göstərir. Veb saytda bölmənin yaranma tarixi, rəsmi sənədlər, təşkilatın əsas fəaliyyətinin istiqaməti, institutların ünvanları, strukturu, elmi nəticələri, eyni zamanda alimlər, elmlər doktorları, AMEA-nın həqiqi və müxbir üzvləri, gənc alimlər, dissertantlar, qrant layihələri haqqında əhatəli məlumatlar verilib. 

Bununla yanaşı, saytda bölmənin müxtəlif profilli institutlarında elmi-tədqiqat işləri aparmış əməkdaşların əldə etdiyi elmi nəticələr və nəşr olunmuş elmi əsərlər, o cümlədən kitablar, monoqrafiyalar, məqalələr öz əksini tapıb.

Bölmənin Rəyasət heyəti və heyətin üzvləri, heyətinin nəzdindəki təşkilatlar, köməkçi heyətlər, eləcə də Mərkəzi Elmi Kitabxana, Tusi nəşriyyatı ilə bağlı məlumatların yer aldığı saytda elanlar, fotoqalereya, əlaqə, maraqlı məlumatlar, mühüm hadisələr və il ərzində keçirilmiş konfranslar haqqında da ətraflı məlumatlar verilib:

"Haliyədə Naxçıvan Muxtar Respublikasının elm mərkəzi olan AMEA Naxçıvan Bölməsinin fəaliyyətini hərtərəfli əhatə edən www.ameanb.nakhchivan.az saytının yeni variantı üzərində işlər aparılır. 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərməsi nəzərdə tutulan saytın yeni variantı ilin sonuna kimi ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA