21-11-2016 [16:48]
Banklar dollar satışına məhdudiyyətlər tətbiq edib. Səhər saatlarında bəzi banklar müəyyən məbləğdə dollar satsa da günün ikinci yarısından sonra ümumiyyətlə dollar satışını dayandırırlar.
Bunun səbəbi isə ölkədə yaranan dollar qıtlığıdır. Bankların valyuta tələbatı yüksəkdir, amma Mərkəzi Bank bu tələbləri qarşılaya bilmir. Mərkəzi Bank həftədə 2 dəfə hərrac keçirir və hər dəfə bazara yalnız 50 milyon dollar çıxarır.
Mərkəzi Bankın bundan artığına gücü çatmır. Çünki Mərkəzi Bank satış üçün nəzərdə tutulan valyutanın 95 faizini artıq satıb. İlin sonuna qədər Mərkəzi Bank ancaq bu templə davam edə biləcək. Mərkəzi Bankın hərraca çıxardığı valyuta tələbatı ödəmədiyi üçün dollar qıtlığı daha da artır və bu məzənnəyə də təsirsiz ötüşmür. Bəs banklar nə zaman açıq dollar satışına başlayacaq?
Məzənnə 2.90 olacaq
Cari ilin sonuna qədər mövcud tendensiya davam edəcək. Banklarda dolların açıq satışı Mərkəzi Bankın bazara aktiv müdaxiləsindən sonra başlayacaq. Bunun üçün 2017-ci ilin büdcəsi təsdiq olunmalıdır. 2017-ci ilin büdcəsi təsdiq olunandan sonra Mərkəzi Bank ilk valyuta hərracına 300-350 milyon dollar çıxaracaq. Bu da kommersiya banklarının tələbinin 75-80 faizi deməkdir. Hərracda aktiv iştirak edən banklar yenidən dollar satışına start verəcək. Bununla da əhali arasında yaranan dollar ajiotajı nisbətən səngiyəcək. Ancaq dolların məzənnəsində elə də ciddi dəyişiklik baş verməyəcək. Dollar yeni ilə - 2.00 manatla başlayacaq və 2017-nin sonuna qədər 2.80-2.90 manata qədər bahalaşacaq. Manatın bu qədər ucuzlaşması qaçılmazdır.
Mərkəzi Bankın maliyyə resursları isə təhlükə həddə çatıb və ona görə də süni müdaxilələr etmək imkanını da itirib. Əslində Mərkəzi Bankın manatı süni şəkildə möhkəmləndirməyə çalışması yanlış addım idi. Üzən məzənnə rejiminə keçiddən sonra Mərkəzi Bank manata heç bir müdaxilə etməməli idi. Manat bazar şərtlərinə uyğun olaraq öz dəyərini tapana qədər mərhələli şəkildə ucuzlaşmalı idi. Bu daha uyğun addım olardı. Ancaq Mərkəzi Bank manat üçün sərt gediş etdi və manatı süni şəkildə möhkəmləndirməyə çalışdı.
Ölkədə süni manat qıtlığı yaratdı və bunun nəticəsi kimi tədiyyə balansında təkcə avqust ayında 200 min manat azalma qeydə alındı. Dollar ajiotajı artır Manatın ucuzlaşmasında neftin də xüsusi payı var. Dünya bazarında neftin qiymətində baş verən kəskin ucuzlaşma ölkəyə valyuta axınının azalmasına səbəb oldu. İqtisadiyyatın neftin asılı olduğu üçün bu milli valyutaya təzyiqləri də artırdı.
Ekspertlərin fikrincə, dünya bazarında neftin qiyməti 2017-ci ildə də 45-50 dollardan yuxarı olmayacaq. Digər tərəfdən də Azərbaycan hökuməti ilkin büdcə layihəsində neftin qiymətini 40 dollar götürüb. Bu da manata olan ümidərin üzərindən birbaşa xətt çəkir. Digər tərəfdən daha çox pul qazanmaq üçün birdən birə ortaya çıxan "dollar alverçiləri" "qara bazar"ın çiçəklənməsinə zəmin yaratdılar.
"Qara bazar"a düşən dollar isə günü-gündən daha da möhkəmlənməyə başlandı və bu manatın gələcək taleyini sual altına saldı. Banklar da "qara bazar"ın inkişafında önəmli rol oynadılar. Belə ki, banklar da hərraclardan aldıqları dolları daha baha və vergi ödəmədən satmaq üçün "qara bazar"a ötürdülər. Bu da ölkədə dollar ajiotajının və qıtlığının artmasına səbəb oldu./cebheinfo/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi