Prezident ilham Əliyev Rəcəb Tayyib Ərdoğanla təkbətək görüzüb

img

17-05-2010 [04:20]


Bü gün Bakıya səfər edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev adına Beynəlxalq Hava Limanından birbaşa prezidentin iqamətgahına gəlib. Türkiyənin baş naziri burada rəsmi qarşılanıb. Türkiyə liderini bu görüşdə xanımı Əminə Ərdoğanla yanaşı, hökumətin aparıcı qüvvələri də təmsil edib. Rəsmi qarşılanmadan sonra prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından razı qalındığı bildirilib və Türkiyənin baş nazirinin Azərbaycana səfərinin ölkələr arasındakı əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb. Görüşdə həmçinin ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafinda fikir mübadiləsi aparılıb. Təkbətək görüşdən sonra Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında geniştərkibli görüş keçirilib.Türkiyənin baş nazirini bu görüşdə xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyənin enerji naziri və təbii sərvətlər naziri Taner Yıldız və baş nazirin xüsusi elçisi Firidun Sinirlioğlu da müşayiət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA