Gələn il üçün deputatların əmək haqqı xərcləri açıqlandı - Rəsmi

img

21-11-2016 [10:53]


Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23 089 714 manat xərclənəcək.

Bu, Azərbaycan parlamentinin "2017-ci il üçün xərclər smetası haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.

Parlamentə ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16 664 786 manatı əməyin ödənişi fonduna yönəldiləcək. Bunun isə 14,66%-i və yaxud 2 443 608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq.

Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270 000 manat, parlamentin aparatında çalışan şəxslərə 2 607 336 manat, deputat köməkçilərinə 1 365 000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1 513 524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub.
report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA