Putin Obama ilə görüşdü - Sammitdə!

img

20-11-2016 [20:53]


Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında qısa söhbət olub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
 
"Sammit çərçivəsində keçirilən iclasın əvvəlində dövlət başçıları bir-birilərini salamlayıb, aralarında qısa söhbət baş tutub”, - deyə D.Peskov qeyd edib.
 
Qeyd edək ki, Limadakı sammit Barak Obamanın prezident qismində keçirdiyi son beynəlxalq tədbirdir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA