20-11-2016 [16:04]
Manatın hər gün daha da dəyərdən düşməsi yeni və işlənmiş avtomobillərin qiymətinə kəskin təsir göstərib. Alıcı qabiliyyətinin aşağı düşməsi, qiymətlərin dolların məzənnəsindən asılı olaraq dəyişməsi avtomobil satışında durğunluğa səbəb olub.
Hər həftənin şənbə və bazar günü alıcı və satıcı bolluğu yaşayan avtomobil bazarında vəziyyət hər gün daha da pisə doğru gedir. Satıcıların sözlərinə görə, əvvəllər həftə sonları 2-3 maşın satanlar, indi iki həftədən bir 1-2 maşın sata bilsə sevinirlər. Bunun səbəbi isə sadədir. İnsanların maddi durumu olduqca aşağıdır. Maşını dəyişmək yox, satıb xərcini azaltmaq istəyənlər var.
4 həftədir ki, avtomobilini bazara satmağa gətirən Qiyasəddin Səfərov deyir ki, hər həftə maşının qiymətini daha da artırmağa məcbur olur: "Bazarla uyğunlaşmaq demək olar ki, mümkün deyil. Bu gün 5 min manata satılan avtomobil, sabah 5200-5300 manata satılır. Avtomobilini satan adam da məcbur qiyməti qaldırır və nəticədə alıcının gözü qorxur, maşına yaxın durmur”.
Q.Səfərov deyir ki, ucu-bucağı görünməyən bazarda gündəlik heç 5-6 maşın belə, satılmır: "Bazarda vəziyyət hər gün daha da pisə doğru gedir. Bazar demək olar ki, batıb, gedib. Maşınlar çox, alıcısı isə yox. Mən maşınımı satıram ki, bəlkə ucuzunu tapa bildim. Alınmasa, heç sürmərəm. Yanacaq, ehtiyat hissələri... Bunlara pul çatdırmaq olmur”.
İllərdir ki, avtomobil satışı ilə məşğul olan İbrahim Məmmədov da alıcı sayının azalmasından şikayətçidir:"Mərkəzi Bank tərəfindən avtomobillərin kreditlə satışına ağır şərtlər qoyulandan sonra "qara günlər”imiz başladı. Demək olar ki, alıcı sayı iki dəfə azaldı. Bundan sonra manatın ardıcıl olaraq dəyərdən düşməsi vəziyyətimizi daha da ağırlaşdırdı. İndi gördüyünüz kimi, bazarda tək-tük halda alıcı görmək mümkündür. Az-çox satılan maşınlar isə, sovet maşınlarıdır. Bunların içində NİVA üstünlük təşkil edir. Əsasən cavanlar bu avtomobilə meyl edirlər. Koreya və Almaniya istehsalı olan avtomobillərin qiymətində xeyli artım var. Mələsən, motorunun həcmi 2.5 sm³ olan 2009-cu ilin "Hyundai Sonata”sını əvvəl 13-15 min manat arasında satırdıqsa, indi bu qiymət 17 min manata qədər qalxıb. Qiyməti bahalaşan avtomobillərə misal olaraq xalq arasında Mercedes "Çeşka” kimi tanınan avtomobilləri göstərə bilərik. Bu avtomobillər də mühərriklərinin həcminə görə 1500-2000 manat arasında bahalaşıb”.
"Avro-4” standartlarının tətbiqi də avtomobillərin qiymətinin qalxmasına səbəb olan əsas faktorlardandır. Növbəti həmsöhbətimiz Əli Qasımov deyir ki, "Avro-4” standartlarının tətbiqi ölkəyə ucuz avtomobillərin gətirilməsinə problem yaradıb.
Bir tərəfdən də, Gürcüstan hökumətinin sağsükanlı avtomobillərin qeydiyyatına qoyduğu qadağalar vəziyyəti daha da qəlizləşdirdi: "Əvvəllər belə idi ki, gürcülər sükanı sağda olan maşınları gətirib, sükanı sola çəkib, satırdılar. Bu da indiki qiymətlərdən olduqca ucuz başa gəlirdi. Amma artıq o da mümkün deyil".
Satıcılarla söhbət zamanı bəlli oldu ki, bazarda icarə haqları da olduqca bahadır. Avtomobil dəllalı Ramin Zəkiyev deyir ki, satış olmasa da, bazarda icarə haqları qalxmaqda davam edir: "Aya 1-2 maşın zorla satırıq, onun da 1700 manatını icarə haqqına veririk. Günü-gündən ağırlaşan vəziyyətə baxıb, heç olmasa, icarə haqqını aşağı salsalar, biz də bir az nəfəs alardıq”.
Reportajımız nəticəsində bu qənaətə gəldik ki, hamının ucuz avtomobil axtarması ucuz avtomobillərin də bahalaşmasına səbəb olub. Tələbat artdıqca qiymət də artır. Təbii ki, burada manatın "üzə bilməməsi" də öz rolunu yetərincə oynayır.
Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.











Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi