FHN-dən xəbərdarlıq: Kür çayının sahil mühafizə bəndində qəza vəziyyəti yaranıb

img

17-05-2010 [02:54]


Sabirabad rayonunun Naxalıq kəndində (rayon mərkəzindən 25 km aralı) Kür çayının sahil mühafizə bəndində qəza vəziyyəti yaranıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinin xəbərə görə, Kür çayından Sarısu gölünə su axını müşahidə olunub. FHN-in və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə bənddə bərpa və bərkitmə işləri aparılıb, iki yerdə axının qarşısı alınıb. Hazırda həmin bənddə bərpa işləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA