Azərbaycanlı tələbələr daha çox hansı ölkələrdə təhsil alıb? - SİYAHI

img

19-11-2016 [23:39]


2015-2016-cı tədris ilinin əvvəlində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə ən çox tələbə Türkiyə (907), Böyük Britaniya (621), Almaniya (316), Rusiya (247), Kanada (195), Niderlandda (139) təhsil alıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyd olunan tədris ilində əcnəbi ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2998 nəfər olub. Onlardan 320-si MDB, 2678 nəfəri digər ölkələrin payına düşür.

Bundan başqa, tələbələr Belarusda 36, İsveçrədə 82, Ukraynda 37, ABŞ-da 57, Avstriyada 29, Avstraliyada 72, Çində 39, Fransada 54, Çexiyada 19 və s. ölkələrdə təhsil alıb.
Azərbaycanlı tələbələrin ən az təhsil aldığı yerlər Latviya (1), Rumıniya (1), Estoniya (3), Norveç (2), Finlandiya (3) kimi ölkələr olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA