"Semaşko"da işıqlar söndü - Xəstələr təşvişə düşdü

img

19-11-2016 [23:28]


Bu gün axşam saatlarında "Semaşko" kimi tanınan 1 saylı Şəhər Kliniki Xəstəxanasında elektrik enerjisinin verilməsində fasilə yaranıb. 

Mia.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə işığın kəsilməsi axşam saatlarında saat 19:37 radələrində baş verib. İşıqların sönməsi xəstəxananın təcili tibbi yardım şöbəsində müalicə alan xəstələrin təşvişinə səbəb olub, pasientlər bu olayı narahatlıqla qarşılayıblar. Təxminən 10 dəqiqə ərzndə elektrik enerjisi olmayan xəstəxananın işıqları sonradan yanıb. 

Hər halda müalicə müəssisəsində elektrik enerjisinin kəsilməsi yaxşı hal deyil və bu kimi problemlərin aradan qaldırılması aidiyyatı orqanları düşündürməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA