“9-cu sinfi “2” ilə bitirən şagirdlərin...” - Məleykə Abbaszadə

img

19-11-2016 [15:32]


"Buraxılış imtahanlarının nəticələrinə əsasən, bütün ölkə üzrə nəticələr IX siniflə müqayisədə XI sinifdə daha yaxşıdır. Uşaqların səviyyəsinin yaxşı olması üçün tədris prosesi I-IX siniflərdə düzgün qurulmalıdır”.

APA-nın xəbərinə görə, bu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəranda keçirilən seminarda deyib. Onun sözlərinə görə, IX sinfi bitirən və buraxılış imtahanında "2” və "3” qiyməti alan uşaqların 30%-i sonradan məktəbi atır, X-XI sinifdə oxumur. M. Abbaszadə qeyd edib ki, X-XI sinifdə tədris prosesi yalnız məktəbdə yox, məktəbdənkənarda da keçilir: "Hər bir məktəbdə IX sinfə kimi orta nəticə 30% olarsa, XI sinifdə bu göstərici 40-45% olur. IX sinifdə əldə olunan nəticə XI sinifdə 10-20% arasında artır. Bu isə o deməkdir ki, IX sinfə kimi şagirdin bünövrəsi necədirsə, sonradan valideyn nə etsə də, nə qədər yaxşı müəllimlərə hazırlığa qoysa da, nəticələrə maksimum 20% təsir etmək mümkün olur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA