DQMK və TQDK-nın Dövlət İmtahan Mərkəzinə birləşdirilməsi prosesi tam başa çatıb

img

19-11-2016 [15:28]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunaraq Dövlət İmtahan Mərkəzinə birləşdirilməsi prosesi tam başa çatıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, mərkəz artıq dövlət qeydiyyatına alınıb.

Hazırda DQMK və TQDK-nın ləğvetmə komissiyaları maddi-texniki baza ilə əlaqədar iş aparır: "Artıq hər iki quruma həvalə olunan işlər mərkəz tərəfindən birgə həyata keçirilir. Ləğv olma və birləşmə prosesi gedən zaman da biz hər iki quruma həvalə olunan işləri davam etdirirdik, bu işlər paralel aparılırdı”.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA