19-11-2016 [13:54]
YAP Gəncə şəhər Təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyinə həsr olunmuş geniş Tədbirlər Planına uyğun olaraq, bu gün partiyanın Qərargahında gənclərlə görüş keçirilib. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, İdarə Heyəti və Şura üzvləri Fuad Əliyev, İbrahim Cəfərov, Mehman Rzayev, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, tələbə - gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şəhər Partiya Təşkilatının sədri Naqif Həmzəyev iştirakçıları salamlayaraq, onları partiyanın 24 illiyi münasibəti ilə İdarə Heyətinin üzvləri adından təbrik edib və bu əlamətdar tarixi hadisənin ölkəmizin hər yerində olduğu kimi, qədim mədəniyyət mərkəzi Gəncədə də möhtəşəm zəfərlərin təzahürü olaraq yüksək təntənələrlə qeyd olunduğunu vurğulayıb. O, görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik siyasəti nəticəsində yaradılan, ölkəmizin sağlam və mütərəqqi qüvvələrini öz sıralarında birləşdirərək cəmiyyətdə aparıcı mövqe tutan, nüfuzlu və qüdrətli ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının 24 ildə keçdiyi çətin və şərəfli mübarizə tarixindən, Azərbaycanın böyük uğurlarının flaqmanı olaraq qazandığı görkəmli nailiyyətlərdən, bütün seçkilərdə qələbələr və zəfərlərə imza ataraq alternativsiz, yenilməz siyasi quruma çevrilməsindən, partiyanın sıralarında ziyalıların, gənclərin, qadınların əksəriyyət təşkil etməsindən böyük qürur və fərəh hissi ilə söhbət açıb.
"Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu onun sədaqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan sürətlə inkişaf edir, güclənir və beynəlxalq miqyasda nüfuzu getdikcə artır. Bu davamlı tərəqqi fövqündə dahi Heydər Əliyevin daim diqqət və qayğı göstərdiyi Şeyx Nizami yurdu da intibahının yeni dövrünü yaşayır, hər gün dəyişir, gözəlləşir və dünyanın ən müasir şəhərlərindən biri olaraq şöhrətlənir. Gəncə gənclərinin yüksək fəallığının göstəricisi olaraq, bu gün Gəncə "Avropanın Gənclər Paytaxtı” adını şərəflə daşıyır, gələcəkdə Avropanın Gənclər Paytaxtı olacaq şəhərlərə örnək göstərilir. Bütün bunlar Heydər Əliyev ideyalarının təntənəsidir. Bu işıqlı və nurlu ideyalar ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşən xalqımızı, bütün partiya fəallarını daha böyük zirvələrə aparacaq”- Naqif Həmzəyev deyib.
AMEA-nın Gəncə Bölməsinin akademik katibi, idarə heyyətinin üzvü Fuad Əliyev ölkə başçısı İlham Əliyevin gənclərə hər zaman xüsusi diqqət göstərdiyini, dövlət gənclər siyasətinin bəhrəsi olaraq elm sahəsində də gənclərin çox böyük nailiyyətlər əldə etdiyini deyib. Gəncə gənclərinin bütün sahələrdə yüksək fəallıq göstərdiyini, Gəncə 2016- Avropanın Gənclər Paytaxtı çərçivəsində Gəncədə keçirilən möhtəşəm tədbirlərin, gənc alim və mütəxəssislərin konfransının, 2-ci Elm Festivalının, Avropa Gənclər Festivalının, Türk Şurası Gənclər Festivalının gənclərin beynəlxalq əlaqələrinin və işgüzar münasibətlərinin genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
İdarə Heyətinin üzvlərindən İbrahim Cəfərov, Mehman Rzayev və başqaları çıxış edərək, Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın 24 il ərzində dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində, gənclərin fəallığının, intellektual səviyyəsinin yüksəldilməsində müstəsna xidmətlərinin olduğunu diqqətə çatdırıblar.
O da vurğulanıb ki, şəhərdə təşəbbüskar, bacarıqlı, çox işgüzar, yüksək təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik olan istedadlı gənclik yetişir. Bu gün rəhbər və məsul vəzifələrdə işləyənlərin 50-60 faizinin gənclər olması qürur doğurur.
Sonda şəhərin ictimai-siyasi həyatında, partiya tapşırıqlarının yerinə yetirilməsində fəallığı ilə fərqlənən ərazi ilk partiya təşkilatlarının sədrlərindən və gənc fəallardan bir qrupuna YAP Gəncə şəhər Təşkilatının Fəxri fərmanları, qiymətli hədiyyələr və gül-çiçəklər təqdim olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi