Kür çayında suyun səviyyəsi durmadan artmağa bazlayıb

img

17-05-2010 [01:41]


Dünən axşam saatlarından etibarən Kür çayında suyun səviyyəsi durmadan artmağa başlayıb. Təkcə ötən iki gün ərzində çayda suyun səviyyəsi 14 sm yüksələrək mayın birinci ongünlüyündəki təhlükəli həddi keçib. Suyun səviyyəsinin artması davam edir. Sabirabad rayonundakı həmkarımız Razi Abasbəylidən aldığımız məlumata əsasən, rayonda bənbərkitmə işləri əvvəlki sürətlə davam etdirilir. ?Bəndlərin hər an dağılmaq ehtimalı var. Ən təhlükəli vəziyyət rayon mərkəzinin Hərbi Komissarlıq istiqamətindəki bəndində yaranıb? deyə həmsöhbətimiz bildirdi. Qeyd edək ki, dünən axşam saat 18:00 radələrində Zərdab və Kürdəmir rayonlarının yaxınlığında yerləşən Qarasu istiqamətində daşqın baş verib. Birinci mühafiə bəndinin uçması nəticəsində yaxınlıqdakı kəndləri su basma təhlükəsi yaranıb. Hazırda əraziyə əlavə texnika və canlı qüvvə cəlb edilib. Razi Abasbəylinin sözlərinə görə, kritik vəziyyət hələ də davam etməkdədir: ?Bütün Kürsahili kəndlərdə təlükəli vəziyyət yaranıb. Suyun səviyyəsi aşağı düşməsə əlavə olaraq daha onlarla kəndin də su altında qalma təhlükəsi var? deyə həmsöhbətimiz bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA