Səhiyyə Nazirliyi bir neçə özəl klinikanın fəaliyyətini dayandırdı

img

17-05-2010 [01:32]


Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Özəl tibb fəaliyyəti ilə məşğul olan bir neçə müəssisədə reydlər keçirilib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yeydlər zamanı bu müəssisələrdə bir sıra qanunsuzluqlar aşkar edilib. Belə ki, tibb müəssisələrinin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmələri, həmin müəssisələrin laboratoriyalarında müxtəlif növ analizlərdə istifadə olunan reaktivlərin əksəriyyətinin son istifadə müddətinin bitdiyi, istifadə olunan tibbi avadanlıq və cihazların müvafiq standartlara cavab vermələri barədə, habelə onların respublikaya idxalına dair müvafiq sənədin olmaması kimi faktlar aşkarlanıb. Mütəxəssislərinin verdiyi açıqlamaya görə, tibb müəssisələrində istifadə müddəti bitmiş reaktivlərlə aparılan analizlərin cavablarının dəqiqliyi şübhə doğurur. Bu da öz növbəsində xəstəlik diaqnozunun düzgün qoyulmasına və aparılan müalicənin səmərəsiz olmasına hətta ağır fəsadlara gətirib çıxarmasına səbəb ola bilər. Həmçinin bu analizlərin aparıldığı avadanlıqların və cihazların vaxtlı-vaxtında kalibrlənməsi barədə müvafiq sənədlərin olmaması da həmin müəssisələrin fəaliyyətlərinin ciddi nöqsanlarla aparılmasından xəbər verir. Həmin klinikaların qeyri-qanuni fəaliyyətləri dayandırılmış, aşkarlanmış reaktivlər müsadirə edilərək inzibati xətalar məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA