18-11-2016 [23:47]
"Deputatın villasında aylarla əziyyət çəkib işlədik, axırda pulumuzu vermədi. Çox get-gəldən sonra dedi ki, "elə bil pulu qumara qoyub uduzmusan, unut getsin”.
Mən unudaram unutmasına, gətirdiyim fəhlələrə, ustalara nə deyim? Onlar mənim yaxamdan yapışıb pullarını istəyirlər axı”.
Bu sözləri Ağdamdan olan məcburi köçkün Zülfüqar Əliyev deyir.
O, deputat Mirzəcan Xəlilovdan şikayətçidir.

Zülfüqar Əliyev deyir ki, təkcə, işçilər deyil, tikinti materialları aldığı mağazalar da pulunu istəyir:
"Fəhlələrdən ibarət briqadam var. Fərdi evlərdən tikinti, təmir sifarişləri alıb işləyirik. 2013-cü ildən 2014-cü ilədək işçilərimlə birgə "Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi işini görmüşük.
Ancaq bugünə qədər pulumuzu ala bilməmişik”.

"Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmirik”
Zülfüqar Əliyev deyir ki, Mirzəcan Xəlilovda 55 min manat alacağı var. Pulumuzu verməmək üçün min bir bəhanə gətirir:
"Əvvəl yenə zənglərimizə cavab verirdi. Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmirik. Bizdə olan nömrələrə zəng edirik, köməkçisi İlham götürür. Deyir, bu gün olacaq, sabah olacaq… İki ildir sürünürük, pulumuzu ala bilmirik”.
"Millət vəkili vətəndaşı 100 min manatlıq təzminat tələbi ilə məhkəməyə verib”
Millət vəkili sonda Zülfüqar Əliyevi Abşeron Rayon Məhkəməsinə verib: "Guya onun işini yarımçıq qoyub, pulu alıb qaçmışam. O da sonradan başqa briqada ilə danışıb, işini onlara gördürüb. Bu iddia məhkəmədə təsdiqini tapmadı”.
Sonradan Z.Əliyev Mirzəcan Xəlilovla bağlı Milli Məclisin komitələrinə və hüquq-mühafizə orqanlarına məktublar göndərməyə başlayıb.
Bunu eşidən millət vəkili bu dəfə də onu 100 min manat təzminat tələbi ilə Ağdam Rayon Məhkəməsinə verib: "Guya onların şərəf və ləyaqətini alçaltmışam. Beləcə, həm günahkar, həm də güclüdülər”.

Zülfüqar Əliyev deyir ki, öz payına düşən məbləği istəmir, yetər ki, fəhlələrin pulu ödənsin: "Tikinti materialı satanlar da məndən əl çəkmirlər. Mən ora-bura məktub yazandan sonra deputatın köməkçisi mənimlə görüşdü, dedi ki, tezliklə problem həll olunacaq. Bugünə qədər səs-soraq yoxdur.
Ağdam məhkəməsi isə görülən işləri dəyərləndirmək üçün ekspertiza təyin edib, villaya baxış keçirib. Təkcə villaya, halbuki, villanın ətrafındakı hasarlanma işlərini də biz görmüşük.
Meydan TV məsələyə münasibət öyrənmək üçün millət vəkilinin telefonuna zəng edib.

Mirzəcan Xəlilovun özünü İlham kimi təqdim edən köməkçisi bildirib ki, Zülfüqar Əliyevin dediklər yalandır: "Necə oldu ki, adam 2013-cü ildə iş gördü, pulunu almadı və susdu? Mirzəcan müəllim millət vəkili olandan sonra başlayıb şantaj etməyə. Bu 3 ildə harda yatmışdı? Niyə tələb etmirdi pulunu? Özü də 55 min manatlıq əmək haqqı olmur. Yalan danışır, elə bir şey olmayıb. Biz onunla bağlı məhkəməyə müraciət etmişik. Bu barədə şər-böhtan yayan media qurumlarını da məhkəməyə verəcəyik. Bizim heç kimə borcumuz yoxdur”.
Criminal.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi