?Gənclərin töhfəsi ? ictimai Birliyi qanvermə aksiyası keçirib

img

17-05-2010 [01:21]


?Gənclərin töhfəsi? İctimai Birliyi ?Yaşadaq və yaşayaq? devizi altında talassemiya xəstəliyinə düçar olmuş uşaqlara qan vermə aksiyası keçirib. Aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun MƏRKƏZİ QAN BANKINDA baş tutub. Birliyin ictimai əlaqələr üzrə koordinatoru Raminə İmanovanın MİA-ya verdiyi məlumata görə, aksiyada gənclərlə bərabər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 80-dən çox əməkdaşı iştirak edib. Saat 12.00-dən 17.00-dək davam edən aksiyaya 103 nəfər qoşulub. Həkimlərin müayinəsindən sonra 84 nəfər qan verməyə yararlı olub. Nəzərinizə çatdıraq ki, ?Gənclərin töhfəsi ? İctimai Birliyi bu aksiyaya 2010-cu ilin əvvəlində başlayıb və ildə üç dəfə keçirməyi nəzərdə tutur. İlk aksiya yanvar ayının 10-da keçirilib. Aksiyada gənclərlə yanaşı, müxtəlif yaş təbəqəsindən olan insanlar iştirak etmişdi. Aksiyaya 62 insan qoşulmuş, həkimlərin dəqiq müayinəsindən keçdikdən sonra 33 nəfər qan verməyə yararlı hesab edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA