18-11-2016 [16:54]
Noyabrın 5-də Çobanzadə küçəsi, 24/05 ünvanında yerləşən "Nigar” klinikasına bir qrup şəxs tərəfindən basqın olub.
Onlar xəstəxanaya soxularaq həkimləri, müalicə üçün qəbula gələnləri, hətta reanimasiyada olan xəstələri belə sürüyə-sürüyə küçəyə çıxarıblar. Xəstəxananın qapılarını qıraraq bütün mühasibat və bank sənədləri, möhür, hətta xəstəlik tarixçələri belə götürülüb, kompüterlər sıradan çıxarılıb.
Mia.az xəbər verir ki, bu şikayətlə virtualaz.org-un redaksiyasına "Nigar” klinikasının təsisçisi, ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazov müraciət edib.
Onun sözlərinə görə, bunu edən ortağı İlham Məmmədovdur. Bir neçə ortaq şirkətləri olduğunu deyən iş adamının sözlərinə görə, o, bu xəstəxananın da 33% ortaqlığını tələb edib. Ş.Şahbazovun razılaşmadığını gördükdə, bu addımı atıb. Xəstəxanadan köçürülən xəstələrin aqibəti məlum deyil. Nizami rayon məhkəməsi bu şəxslərin xəstəxanadan çıxarılması ilə bağlı qərar çıxarsa da, özəl xəstəxananın qanuni rəhbəri binanın həndəvərinə buraxılmır.
Klinika rəhbəri bildirir ki, İlham Məmmədovla 1998-ci ildən ortaqdırlar, birlikdə bir neçə şirkət açıblar:
"Bir müddət normal işləsək də, sonradan İ.Məmmədov mənə məxsus olan payı ələ keçirməyə başladı. Birlikdə açdığımız "Riyad Farm” şirkətini batırdı. İki ilə yaxındır ki, məni təqib edir. Ortaq olduğum şirkətlərdən bir ildir ki, 1 manat da olsun qazanc əldə etməmişəm. "Nigar” klinikasının isə ona heç bir aidiyyatı yoxdur. Bu klinikanı başqa bir ortağımla şərik açmışıq. Lakin klinikanın bir hissəsini ələ keçirmək istəyən İlham Məmmədov, onun əlaltısı İlham Qurbanov və onlara məxsus "Riyad” mühafizə şirkətinin qoçuları ilə birlikdə bizi işləməyə qoymur, ailəmə fiziki zor tətbiq edir. Noyabrın 5-də "Riyad” mühafizə şirkətinin 40-50 qoçusu xəstəxanamıza basqın edib, o vaxtdan bizi klinikamıza yaxınlaşmağa qoymurlar. Lisenziyalı şirkətin fəaliyyəti iflic olub. Xəstəxananın 70-ə yaxın işçisi küçəyə atılıb və maaşsız qalıb”.

Ş.Şahbazovun sözlərinə görə, bundan bir qədər öncə həyat yoldaşı, "Nigar” klinikasında həkim işləyən Arzu Şahbazova həmin qoçular tərəfindən vəhşicəsinə döyülüb.
Buna səbəb isə A.Şahbazovanın həyat yoldaşının şərikli açdığı "Azintroil” MMC, "Vicdan 1”MMC və digər tikinti və ticarət obyektlərindən özlərinə çatacaq gəliri tələb etməsi olub: "Bununla bağlı Nəsimi rayon polis idarəsinə şikayət etmişik, hazırda həmin şikayət araşdırılır”.
Ş.Şahbazov bildirir ki, gənc yaşında dünyasını dəyişən qızının adını daşıyan klinika bərbad hala salınıb:
""Nigar” klinikası mənim 21 yaşında dünyasını dəyişmiş qızım Nigarın adınadır. Mən onun həkim olmasını istəyirdim, o isə hüquqşünas olmaq istədiyini bildirdi. Səbəbi belə əsaslandırdı ki, insanlar hüquqlarının pozulması səbəbindən xəstə olurlar. O, yaxşı hüquqşünas olub insanların hüquqlarını qoruya bilsə, onlar xəstələnməzlər. Mən qızımın bu şüarını xəstəxananın girişində şəkli ilə birlikdə vurmuşdum. Lakin qoçu dəstəsi xəstəxanaya girən kimi bu lövhəni də cırıq-cırıq edib. Bu hadisə mənə çox pis təsir etdi”.
Şikayətçi bildirir ki, şəriki İ.Məmmədov onu şantaj etmək üçün aldığı şirkətlərin əvvəlki sahiblərini taparaq onlara müxtəlif vədlər verir. Şantaj üçün hətta üzünü belə görmədiyi "pasient”lərdən istifadə olunur:
"8 il öncə aldığım müəssisənin köhnə sahibləri Ayaz, Bəyimxanım, Azad və Hikmət Məmmədovları tapıb. Bildiyimə görə, borcun içərisindədirlər. Onlara vədlər verərək məni şantaj edir. Məndən pul tələb edirlər və bildirilər ki, əgər bizə pul verməsən, o biri şəriklərini də tapıb pulunu əlindən alacağıq. İ.Məmmədov müxtəlif şəxslərin adından müxtəlif dövlət orqanlarına mənə qarşı şantaj dolu şikayətlər yazır. O, haqqı olmayanları tələb etmək üçün havadarlarına arxalanır. Heç vaxt müalicə etmədiyim xəstələrin adından müxtəlif orqanlara şikayət ərizələri yazılır ki, guya onlardan pul almışam”.
Şikayətçinin bildirdiyinə görə, bu azmış kimi, İ.Məmmədov yaşadığı Həsən Əliyev küçəsi, 10A ünvanındakı binanın 3-cü mərtəbəsində yerləşən şəxsi ofisi də zəbt edib. Liftin 3-cü mərtəbəni göstərən düyməsi qoparılıb, həyətə "Riyad” mühafizə şirkətinin əməkdaşları qoyulub. Ş.Şahbazov öz ofisinə də yaxın düşə bilmir.
Ş. Şahbazov deyir ki, İlham Məmmədov onun həyatı üçün təhlükə yaradır. O, daxili işlər, prokurorluq orqanları, hətta prezidentə qədər müraciət edib. Oktyabr ayının 28-dən özünə və ailəsinə qarşı hücumlar olduğunu deyən şikayətçinin sözlərinə görə, onu ölkədən çıxıb getməyəcəyi təqdirdə həbs olunacağı ilə hədələyirlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi