Ramil Usubov daha bir idarə rəisini təqaüdə göndərdi – DİN-də mühüm dəyişiklik

img

18-11-2016 [14:56]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.

Mia.az-a daxil olan məlumata görə, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb

Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.

DİN-in sözçüsü Ehsan Zahidov məlumatı Mia.az-a təsdiqləyib. 

O bildirib ki, polis general-mayoru Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Onun sözlərinə görə, hələlik Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA