“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” - AMEA-da konfrans olacaq

img

18-11-2016 [14:21]


Noyabrın 21-22-də AMEA-nın Rəyasət Heyətinin, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə  I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş "Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda gənc türkoloqların beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə Mia.az-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, konfrans öz işinə AMEA-nın əsas binasında (H.Cavid pr. 115, Akademiya şəhərciyi, Əsas bina, II  mərtəbə) noyabrın 21-də saat 11:00-da plenar iclacla başlayacaq. Daha sonra  konfrans öz işini Şərqşünaslıq İnstitutunda (H.Cavid pr. 115, Akademiya şəhərciyi, Əsas bina, VII  mərtəbə) keçiriləcək 4 bölmə üzrə (Türk dillərinin tarixi; Türk xalqlarının ədəbiyyatı; Türk xalqlarının tarixi və mənbəşünaslığı, türk xalqlarının arxeologiya və etnoqrafiyası; Türk xalqlarının iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri) iclaslarda davam etdirəcək.

Noyabrın 22-də saat 16:00-da Şərqşünaslıq İnstitutunda konfransın bağlanışı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA