18-11-2016 [14:05]
"Barak Obamanın 8 illik prezidentlik dövründə ABŞ-Azərbaycan münasibətləri istənilən səviyyədə inkişaf etmədi. Vaşinqton Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü Rusiyaya təhvil verdi, rəsmi Bakı isə Dövlət Departamentinin diqqəti insan haqları və demokratiya məsələlərinə yönətlməsindən narazı qalaraq Azərbaycanda Amerikaya bağlı fondları qapatdı".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Obama hakimiyyətdən gedəcəyi üçün bugünlərdə Bakıya gələcək ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinksin səfərinin elə bir əhəmiyyəti yoxdur:
"Barak Obama administrasiyası 8 ildə Azərbaycanla münasibətlərdə gərəkən məsafəni qət edə bilmədisə, Ağ Evi tərk etməli olduğu 2 ayda münasibətlərdə nə dəyişə bilər ki? Ona görə də digər paytaxtlar kimi rəsmi Bakı da Donald Trampın prezidentliyini gözləyir".
Elxan Şahinoğlunun sözlərinə görə, son iki gündə Azərbaycan prezidenti İlham Əliyev bu və ya digər şəkildə iki dəfə Donald Tramp mövzusuna toxunub:
"Birincisi, İlham Əliyev Donald Trampa zəng edərək onu prezident seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaiyyətində uğurlar arzulayıb.
İkincisi, İlham Əliyev xarici jurnalistlərdən birinin sualına cavab verərkən, Donald Tramp haqqında müsbət fikirdə olduğunu deyib.
Donald Tramp prezident seçildikdən sonra çox az dövlət başçısı ilə telefonla danışıb və bunlardan biri İlham Əliyevdir. Demək, münasibətlərin gələcək inkişafı üçün artıq indidən möhkəm zəmin formalaşıb. Telefon danışığında Trampın İlham Əliyevə ünvanlanmış bu sözləri də diqqəti çəkib: "Sizin haqqınızda çox xoş sözlər eşitmişəm”. Ayrıca, Tramp İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı da xahiş edib.
Donald Tramp İlham Əliyev haqqında xoş sözləri müxtəlif şəxslərdən eşidə bilərdi. Tramp biznesmen kimi bir neçə dəfə Moskvada olub. O, Moskvada daha çox Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovla və onun oğlu Emin Ağalarovla sıx təmasda olub, qızı İvanka və oğulları indi də Eminlə email vasitəsilə yazışırlar. İvanka Bakıda olub, "Trump Tower” binasının tikintisi ilə tanış olub. Yəni Trampın qızı da Bakıdan kifayət qədər məlumatlı ölkəsinə qayıda bilərdi".
Ekspert bildirib ki, Azərbaycan Trampın prezidentliyinə hazırlaşır:
"Azərbaycanın Trampdan ən böyük gözləntisi həmsədr olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığı artırmaqdır. Barak Obama prezident olduğu 8 ildə Azərbaycan prezidentini Ağ Evə dəvət etmədi. Rəsmi Bakı Trampdan bu buzu da sındırmasını gözləyir. Çünki, əvvəlki prezidentlər – Bill Klinton və Corc Buş Azərbaycan prezidentlərini Ağ Evə dəvət etmişdilər. O ki qaldı Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasına, Tramp administrasiyası Obama administrasiyasının siyasətini davam etdirərək, bu məsələdə rəsmi Bakıya dəstəyini davam etdirəcək.
Ancaq Tramp administrasiyasının da rəsmi Bakıdan istəkləri olacaq. Məncə, bu mənada rəsmi Bakı Amerika fondlarının və qeyri-hökumət təşkilatlarının, o cümlədən Konqresin maliyyələşdirdiyi "Azadlıq” radiosunun fəaliyyətinə qoyduğu qadağanı ortadan qaldırarsa, bu yeni Vaşinqton administrasiyasın müsbət işarə olar".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi