Gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçdi - Aydın Əliyevdən xəbər

img

18-11-2016 [13:26]


Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan "Yuxari Las” ərazisində qar uçqunları olduğundan Rusiya istiqamətində gedən yüklərin Azərbaycan ərazisindən keçəcəyi gözlənilir: "Bu həm Avropadan gələn, həm Türkiyədən və həm də Gürcüstandan gələn yüklər ola bilər. Bununla bağlı dünəndən "Sınıq körpü” gömrük-sərhəd keçid məntəqəsinə, eyni zamanda digər gömrük-sərhəd keçid məntəqələrinə göstəriş verilib və həmin məntəqələr gücləndirilmiş iş rejiminə keçirilib. Növbəyə çıxan işçilərin sayı artırılıb. Bu istiqamətdə bütün hazırlıq işləri yerinə yetirilib”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA