Bu icra hakimiyyətlərinə büdcədən pul ayrılmayacaq - Siyahı

img

18-11-2016 [12:23]


"Gələn il Azərbaycanda 33 rayona dotasiya ayrılmayacaq”.

Bunu bu gün keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı” adlı konfransda çıxış edən millət vəkili Vahid Əhmədov deyib.

"Bu vaxta qədər 6 rayona dotasiya verilmirdi. Amma yeni büdcədə bu, 33 olacaq”, - deyə deputat konfransda çıxışı zamanı bildirib(Report).

Mia.az dotasiya almayacaq rayonlarla bağlı məlumatıl da təqdim edir.

Qeyd edək ki, indiyədək Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları büdəcədən dotasiya almırdılarsa, gələn il onlara aşağıdakı rayon və şəhərlər də qoşulacaq:

Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları.

Bu 33 rayon və şəhər 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA