Havalar kəskin istiləzir, Bakıda havanın temperaturu 30 dərəcəyə çatacaq

img

17-05-2010 [12:36]


Artıq bir neçə gündür ki, Bakıda və Abşeron yarımadasında havalar istiləşib. Bu gün paytaxtda havanın temperaturu 30 dərəcəyə kimi artacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, paytaxtda və Abşeron yarımadasında mayın 17-də az buludlu, yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 26-30? isti, axşam 19-21? isti olacaq. Mayın 18-də dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19? isti, gündüz 27-30? isti olacaq. Mayın 19-da havanın arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19? isti, gündüz 27-30? isti təşkil edəcək. Mayın 20-də də dəyişkən buludlu, əsasən yağmursuz hava hökm sürəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19? isti, gündüz 24-26? isti olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olsa da, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-19? isti, gündüz 27-30? isti, dağlarda gecə 7-12? isti, gündüz 18-23? isti təşkil edəcək. Mayın 19-da axşam qərb rayonlarından başlayaraq şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-19? isti, gündüz 26-30? isti, dağlarda gecə 8-13? isti, gündüz 17-22? isti. Mayın 18-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 19-da atmosfer təzyiqinin qısamüddətə enib-qalxması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA