Azərbaycanda komitə sədrinin qardaşı saxlanıldı və... - 1.5 milyonluq borc qalmaqalı

img

17-11-2016 [18:37]


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bir neçə gün əvvəl Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılıb. 

Bu barədə Gununsesi.info-ya İbrahimovlar ailəsinə yaxın mənbədən məlumat daxil olub. 

Məlumatda bildirirlir ki, sahibkar kimi vergi uçotunda dayanan Sahib İbrahimov dövlətə olan 1.5 milyon vergi borcunu ödəməkdən yayınır. Dəfərlərlə xəbərdarlıq edilməsinə, möhlət verilməsinə baxmayaraq, o, vergi borcunu ödməyib. 

Nəhayət, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunan Sahib İbrahimov elə oradaca şübhəli şəxs qismində saxlanılıb. 2 sukta nazirliyin müvəqqəti saxlama yerində saxlanılan iş adamı sonradan "yuxarıdan” gələn zənglə sərbəst buraxılıb.

Məlumatı redaksiyamıza verən mənbə onun azad olunmasına baxamayaraq, Sahib İbrahimovun qısa zaman ərzində borcunu ödəyəcəyinə dair iltizam verdiyi bildirilir.

Məsələ ilə bağlı açıqlama verən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əməliyyat İdarəsinin rəisi Ənvər Yusifov bu barədə bir söz deməyəcəyini bildirib: 

"Mən sizə bu barədə heç nə deyə bilmərəm. Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayın”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA